Bank Of Baku

«BP-Azerbaijan» şirkəti Dövlət Neft Akademiyasında yeni layihənin həyata keçirilməsinə başlayıb

«BP-Azerbaijan» şirkəti Dövlət Neft Akademiyasında yeni layihənin həyata keçirilməsinə başlayıb
# 23 noyabr 2009 12:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gündən etibarən «BP-Azerbaijan» şirkəti özünün təhsil proqramları çərçivəsində yeni təşəbbüsünə – «Yerşünaslıq və mühəndislik üzrə silsilə məruzələr» layihəsinə başlayıb.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, layihə üzrə ilk tədbir bu gün Azərbaycan Dövlət Neft Akademiyasında keçiriləcək. Tədbirdə şirkətin prezidenti Rəşid Cavanşir də iştirak edəcək. Silsilə məruzələr geologiya və digər əlaqədar sahələri ixtisas seçmiş gələcək mühəndislərin bu elm sahələrini daha da inkişaf etdirmək səylərini artırmaq məqsədilə diqqətin bu elmlərə yönəldilməsi məramını daşıyır. Layihə geologiya, geofizika və mühəndislik sahələrində olan tələbə və elmi işçilərə imkan verəcək ki, bu sahələr üzrə tanınmış alim və mütəxəssislərlə görüşüb, onlarla fikir mübadiləsi və müzakirələr aparsınlar.

Tədbirdə “BP-Azərbaycan” şirkətinin prezidenti, geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Rəşid Cavanşir “Cənubi Xəzər hövzəsi: nadir geologiya və nadir neft sistemi” mövzusunda təqdimatla çıxış edəcək.

Yeni təşəbbüs çərçivəsində «BP-Azerbaijan» şirkəti hər ay Azərbaycan Dövlət Neft Akademiyasında tədbir keçirərək geologiya, yerşünaslıq, geofizika və texnologiyalar üzrə yerli və beynəlxalq mütəxəssisləri bu sahələri ixtisas kimi seçmiş gənc nəslin nümayəndələri ilə bir araya gətirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR