Bank Of Baku

Türkan qəsəbəsinə gedən yerüstü qaz kəmərinin həyətlərdən keçən hissəsi ləğv edilir

Türkan qəsəbəsinə gedən yerüstü qaz kəmərinin həyətlərdən keçən hissəsi ləğv edilir
# 23 noyabr 2009 14:47 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. ARDNŞ-in “Azəriqaz” İB tərəfindən Əzizbəyov rayonu Türkan-1 Qaz Paylayıcı Stansiyasından Türkan qəsəbəsinə gedən 530 mm-lik yerüstü qaz kəmərinin həyətlərdən keçən hissəsi ləğv edilərək 219 mm-lik qaz kəməri ilə əvəz edilir. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

Bu məqsədlə “Kontrol-A” MMC tərəfindən artıq 625 metr uzunluğunda 325 mm-lik, 1777 metr uzunluğunda 280 mm-lik, 743 metr uzunluğunda 225 mm-lik qaz xətləri çəkilib. Habelə abonentlərin qaz təminatının yaxşılaşdırılması üçün Türkan-2 Qaz Paylayıcı Stansiyasından həmin qəsəbəyə gedən 219 mm-lik yeraltı qaz kəmərinin həyətlərdən keçən hissəsinin kənara çıxarılması ilə əlaqədar 2815 metr uzunluğunda 219 mm-lik, 750 metr uzunluğunda 159 mm-lik, 450 metr uzunluğunda 108 mm-lik qaz xətləri çəkilib və 6 ədəd qaz tənzimləyici quraşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR