Bank Of Baku

Bu il Azərbaycanın mədənçıxarma sənayesində 11,1% artım qeydə alınıb

Bu il Azərbaycanın mədənçıxarma sənayesində 11,1% artım qeydə alınıb
# 24 noyabr 2009 11:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda sənayenin mədənçıxarma bölməsində istehsalın həcmi 13,3 mlrd. manat olmaqla ötən ilin müvafiq dövrünü 11,1% qabaqlayıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, yanvar-oktyabr aylarında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən 35,2 mln. ton neft və ya ötən ilin analoji dövrü ilə müqayisədə 15,2% faiz çox, 8 243,6 mln. kubmetr və ya 14,6% çox əmtəəlik təbii qaz hasil edilib. Eyni zamanda bu sahədə fəaliyyət göstərən müştərək müəssisələr xam neft hasilatını 1,3% artırıb.

Hasilatına bu il başlanmış və iqtisadiyyat üçün xüsusi önəmi olan qızılın hasilatı artmış və ötən aylar ərzində mədənlərdən 204 kq qızıl hasil edilərək təmizlənməyə göndərilib.

Bununla yanaşı, mədənçıxarma bölməsində fəaliyyət göstərən sahibkarlar tərəfindən on ay ərzində 2,7 mln. ton çınqıl, qırma daş, xırda çay daşı, 674,7 min ton tikinti qumu və s. istehsal edilib.

Bundan başqa, 2009-cu il noyabrın 1-i vəziyyətinə əsas istehlakçılarda 17,8 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,8% çox avtomobil benzini, 6,1 min ton və ya 2 dəfə çox daş kömür, 18,1 min ton və ya 28,4% çox dizel yanacağı, 1,4 min ton və ya 16,7% çox maye qaz, 3,5 min ton və ya 2,8% az neftbitum, 340,9 min ton və ya 5,3% az mazut yanacağı ehtiyatları olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR