Bank Of Baku

Bakının kənd və qəsəbələrində əvvəllər həyət və mənzillərdə quraşdırılmış məişət qaz sayğacları küçəyə çıxarılır

Bakının kənd və qəsəbələrində əvvəllər həyət və mənzillərdə quraşdırılmış məişət qaz sayğacları küçəyə çıxarılır
# 24 noyabr 2009 13:35 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyinin Bakı şəhər Qaz İstismar İdarəsi tərəfindən kənd və qəsəbələrdə əvvəllər həyət və mənzillərdə quraşdırılmış məişət qaz sayğacları küçəyə çıxarılır.

Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

Bu istiqamətdə görülən işlər çərçivəsində Binəqədi rayonu Gülüstan massivində həyət və mənzillərdə quraşdırılmış qaz sayğaclarının küçəyə çıxarılması işlərinə başlanıb. Bununla əlaqədar “Çağdaş” Təmir Tikinti İdarəsi tərəfindən yaşayış massivində 400 abonentin mənzilindən qaz sayğacının küçəyə çıxarılması nəzərdə tutulub.

Qeyd edək ki, Gülüstan massivində 750 abonent təbii qazla təmin olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR