Bank Of Baku

Azərbaycanın Xaçmaz rayonuna və Xudat şəhərinə təbii qazın verilişi dayandırılacaq

Azərbaycanın Xaçmaz rayonuna və Xudat şəhərinə təbii qazın verilişi dayandırılacaq
# 24 noyabr 2009 15:19 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Sabah saat 10:00-dan 18:00-a qədər Azərbaycanın Xaçmaz rayonuna, noyabrın 26-sı saat 10:00-dan 18:00-a kimi isə Xudat şəhərinə təbii qazın verilişi dayandırılacaq.

Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

Qaz təchizatında yaranacaq məhdudiyyət Xaçmaz Avtomatik Qaz Paylayıcı Stansiyasından Xaçmaz şəhərinə gələn 273 mm-lik və Xudat Avtomatik Qaz Paylayıcı Stansiyasından Xudat şəhərinə gələn orta təzyiqli daşıyıcı qaz kəmərlərində aşkar edilmiş qaz sızması ilə əlaqədar təmir işlərinin aparılması ilə bağlıdır. Bundan əlavə, Xudat şəhərinə gələn 219 mm-lik qaz kəmərinin üzərindəki 2 ədəd 200 mm-lik siyirtmə də dəyişdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR