Bank Of Baku

Bu il Bakı Dərin Özüllər Zavodunda 103,2 min kv. metr müxtəlif metalkonstruksiyaların səthi təmizlənib və rənglənib

Bu il Bakı Dərin Özüllər Zavodunda 103,2 min kv. metr müxtəlif metalkonstruksiyaların səthi təmizlənib və rənglənib
# 24 noyabr 2009 17:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda yığılan müxtəlif konstruksiyaların təmizlənməsi və rənglənməsi Metalkonstruksiyaların rənglənməsi sexində həyata keçirilir.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, müasir texnologiyanın tələblərinə cavab verən təmizləmə aparatlarında metalkonstruksiyaların rənglənməsi beynəlxalq standartlara uyğun aparılır. Digər sexlərdən daxil olan metalkonstruksiyalar əvvəlcə təmizlənir, sonra üçqat (astar qat, ara qat və son qat) boyalanır. Bu, korroziyaya davamlılığı artırır və metalkonstruksiyaların «ömrünü uzadır». Hazırda «Neft Daşları» yatağında quraşdırılması nəzərdə tutulan 2 585 nömrəli blokun və «Günəşli» yatağında qazlift kompressor stansiyasında quraşdırılmaq üçün yığılan blokun ayrı-ayrı elementləri təmizlənərək ikiqat boyalanıb. Son qat boya isə blokda quraşdırma işləri başa çatdırıldıqdan sonra vurulacaq.

Ümumiyyətlə, Bakı Dərin Özüllər Zavodunda cari ilin yanvar-oktyabr ayları ərzində 103,2 min kv. metr müxtəlif metalkonstruksiyaların səthi təmizlənib və rənglənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR