Bank Of Baku

Bakı şəhərinin bəzi rayonlarına təbii qazın verilməsinə məhdudiyyət qoyulub

Bakı şəhərinin bəzi rayonlarına təbii qazın verilməsinə məhdudiyyət qoyulub
# 25 noyabr 2009 08:37 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Bakı şəhərinin bəzi rayonlarına təbii qazın verilməsinə məhdudiyyət qoyulub. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

ARDNŞ-dən bildirilib ki, Nəsimi rayonu, 4-cü mikrorayon H.Seyidzadə küçəsi 16B saylı yaşayış binasının qarşısından, Məmmədov küçəsi ilə Mustafayev küçəsindəki 43 saylı yaşayış binasına qədər - uzunluğu 1200 p/m olan, diametri 525 mm-lik orta təzyiqli yeraltı qaz kəmərinin tikintisinin başa çatdırılması ilə əlaqədar, yeni çəkilmiş qaz kəmərinin mövcud qaz kəmərinə və üzərində quraşdırılmış 6 ədəd qaz tənzimləyici avadanlığın şəbəkəyə qoşulması məqsədilə bu gün saat 10:00-dan saat 17:00-dək Alatava QPS-dən qidalanan mikrorayon 500 mm-lik orta təzyiqli (“İmperial” şadlıq evinin yaxınlığında ) kəmərdə qazın nəqli dayandırılacaq.

İş görülən zaman 1, 2, 3, 4 və 5-ci mikrorayonların ərazisində və 3-cü Alatava yaşayış sahəsində qaz təchizatında məhdudiyyətlər olacaq. Bu gün həmçinin Əzizbəyov rayonunun Mərdəkan qəsəbəsində yerləşən 123 saylı məktəbin qazanxanasının qazlaşdırılması ilə əlaqədar saat 10:00-dan 14:00-a kimi Mərdəkan və Şüvəlan qəsəbələrinin bir hissəsinə qaz verilməyəcək. İşlər başa çatdıqdan sonra qazın verilməsi bərpa olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR