Bank Of Baku

Beynəlxalq analitiklər: Neft bazarında tələbat təklifi üstələyə bilər

Beynəlxalq analitiklər: Neft bazarında tələbat təklifi üstələyə bilər
# 25 noyabr 2009 08:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Dünyada neft istehlakının artması 2010-cu ildə neft bazarında tələbatın təklifi üstələnməsinə səbəb olacaq ki, bu da böhran zamanı yığılmış neft ehtiyatların tədricən azalması ilə nəticələnəcək. “APA-Economics”in məlumatına görə, bunu neft bazarının analitikləri bəyan edib.

“Reuters” agentliyi tərəfindən neft bazarındakı vəziyyəti təhlil edən 10 ən iri analitik və təşkilatları arasında keçirilmiş sorğuya əsasən, 2010-cu ildə neftə olan gündəlik tələbat 1,3 mln. barel artaraq 85,9 mln barelə çatacaq. Eyni zamanda Neft İxracatçı Ölkələrinin Təşkilatı (OPEC) tərəfindən gündəlik neft hasilatının həcmi yalnız 800 min barel artacaq. OPEC-ə üzv olmayan neft istehsalçıları tərəfindən isə gündəlik neft hasilatının 200 min barel artacağı proqnozlaşdırılır.

Tələbata gəldikd, məsələn, “Goldman Sachs” və “BofA-Merrill Lynch” investisiya bankları bu göstəricini müvafiq olaraq 86,4 mln. barel və 86,7 mln. barel səviyyəsində proqnozlaşdırır. Eyni zamanda “Barclays Capital” investisiya şirkəti “Goldman Sachs”ın proqnozundan 1 mln. barel aşağı proqnozla çıxış edir, lakin OPEC-ə daxil olmayan neft istehsalçıları tərəfindən neft hasilatının həcmi 1,1 mln. barel az səviyyədə gözlənilir ki, nəticədə burada da tələbatın real tədarükdən aşağı olduğu bəlli olur.

Neft bazarının digər iri təhlilçisi olan “Deutsche Bank” neftə tələbatı 2010-cu ildə cəmi 86 mln. barel səviyyəsində proqnozlaşdırır ki, bu da bank mütəxəssislərinin fikrincə, ilk növbədə istehlak xərclərinin azalması ilə bağlı olacaq.

Ümumilikdə neftə tələbatın əsas artımının İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) daxil olmayan ölkələrin və ilk növbədə Çinin payına düşəcəyi proqnozlaşdırılır.

“Barclays Capital”ın mütəxəssisləri hesab edirlər ki, 2010-cu il neft bazarı üçün çox mühüm olacaq. Əgər iqtisadiyyatın bərpa templəri saxlanılacaq və ya artacaqsa, bu halda neftə olan tələbatın səviyyəsi artıq 2011-ci ildə 2008-ci ilin səviyyəsinə çatacaq və hətta onu üstələyə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR