Bank Of Baku

Bu il Azərbaycanın emal sənayesində 1 098,3 mln. manatlıq neft məhsulu istehsal olunub

Bu il Azərbaycanın emal sənayesində 1 098,3 mln. manatlıq neft məhsulu istehsal olunub
# 25 noyabr 2009 09:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın emal sənayesində ikinci böyük xüsusi çəkisi olan neft məhsullarının istehsalı sahəsində 1 098,3 mln. manatlıq məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, dövr ərzində 1 030,1 min ton avtomobil benzini, 521 min ton ağ neft, 1,948 mln. ton dizel yanacağı istehsal edilib. Ötən ilin analoji dövrü ilə müqayisədə avtomobil benzininin istehsalı 2%, ağ neftin istehsalı 18,4%, dizel yanacağının istehsalı isə 4,8% azalıb.

Avtomobil yollarının çəkilişi üçün mühüm əhəmiyyətə malik olan neft bitumunun istehsalı yanvar-oktyabr aylarında 19,2% artmış və 209,1 min ton təşkil edib. Neft emalı müəssisələrinin anbarlarında 27,8 mln. manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 11,8%-i qədər hazır məhsul olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR