Bank Of Baku

Bu il Azərbaycanda tikinti materialları sənayesində istehsalın həcmi artıb

Bu il Azərbaycanda tikinti materialları sənayesində istehsalın həcmi artıb
# 25 noyabr 2009 11:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk on ayı ərzində Azərbaycanda tikinti materialları sənayesində istehsal və göstərilmiş xidmətlərin həcmi 8,1% artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu sahədə əsas məhsullardan olan sement və sementdən hazırlanan məhsulların istehsalının azalmasına baxmayaraq, asfalt istehsalı 1,6 dəfə, tikinti kərpici 6,9%, tikinti gipsi isə 0,9% çox olub.

Hesabat dövründə həmçinin ölkədə fəaliyyət göstərən müəssisələr tərəfindən 1,1 mln. ton sement, 16 min kubmetr sementdən yığma-tikinti konstruksiyaları, 3,7 min ton tikinti blokları istehsal edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR