Bank Of Baku

Azərbaycanın kimya sənayesində istehsalın həcmi 40,5% azalıb

Azərbaycanın kimya sənayesində istehsalın həcmi 40,5% azalıb
# 25 noyabr 2009 12:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk on ayı ərzində Azərbaycanda kimya sənayesində, rezin və plastik kütlə məmulatları istehsalı müəssisələri tərəfindən 135,8 mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə məhsul istehsalı kimya sənayesində 40,5%, rezin və plastik kütlə məmulatları istehsalında isə 14,6% azalıb.

Əsas kimya məhsullarından azotun, propilenin, polietilenin, izopropil spirtinin istehsalı da aşağı düşüb. Lak boya məlumatlarının istehsalında (1,5%), plastik vannaların (9,4%), plastik pəncərə qapaqlarının və jalüzlərin (57,8%) istehsalında isə artım müşahidə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR