Bank Of Baku

ARDNŞ daxili imkanları hesabına 3D seysmik tədqiqat işləri həyata keçirir

ARDNŞ daxili imkanları hesabına 3D seysmik tədqiqat işləri həyata keçirir
# 25 noyabr 2009 13:10 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) daxili imkanları hesabına 3D seysmik tədqiqat işlərini həyata keçirməyə başlayıb. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

Bu günlərdə Şirkətin Geofizika və Geologiya İdarəsinin “Kəşfiyyatgeofizika” İdarəsi tərəfindən Qalmaz yeraltı qaz anbarının üçölçülü modelini yaratmaq və tutum imkanlarının genişləndirilməsini qiymətləndirmək məqsədilə aparılan 3D çöl seysmik kəşfiyyat işləri başa çatdırılıb. Seysmik işlər ekologiya, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına əməl olunmaqla aparılıb. Mütəxəssislər mürəkkəb yerüstü və dərinlik seysmogeoloyi şəraiti ilə səciyyələnən tədqiqat sahəsində alınmış seysmik məlumatların keyfiyyətini qənaətbəxş hesab ediblər. Hazırda emal və interpretasiya işləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR