Bank Of Baku

Azərbaycanda istehsal olunan televizorların sayı 16% artıb

Azərbaycanda istehsal olunan televizorların sayı 16% artıb
# 25 noyabr 2009 14:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı müəssisələrində 134,1 mln. manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, sahənin məhsullarından çuqun tökmə istehsalı 10,3% artaraq 1,5 min ton olub, dövr ərzində 245,3 ton məftil, 1 455 ədəd alüminiumdan qarı və pəncərə blokları istehsal edilib.

Bununla yanaşı, hesabat dövründə maşın və avadanlıqların istehsalı, elektrik və elektron avadanlığı, nəqliyyat vasitələri və avadanlıqlarının istehsalı sahəsində məhsul istehsalının həcmi 134,1 mln. manat olub. On ayda ölkədə traktor istehsalı 21,7% artıb və bu dövr ərzində 494 ədəd traktor istehsal edilərək istehlakçılara satılıb.

Bundan başqa, yanvar-oktyabr aylarında 7 536 ədəd televizor istehsal olunmaqla 15,6% çoxalıb, kassa aparatlarının istehsalı isə ötən dövrlə müqayisədə artaraq 245 ədəd olub. Cari ilin noyabrın 1-i vəziyyətinə müəssisələrin anbarlarında 42,8 mln. manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 18,2%-i qədər hazır məhsul ehtiyatı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR