Bank Of Baku

Azərbaycanın “Günəşli” neft yatağında yeni quyu istismara verilib

Azərbaycanın “Günəşli” neft yatağında yeni quyu istismara verilib
# 25 noyabr 2009 15:33 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün ARDNŞ-in “28 May” NQÇİ-nin istismar olunan quyu fonduna yeni yüksək debitli 436 nömrəli quyu qəbul edilib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

«Günəşli» yatağındakı 13 saylı platformadan qazılmış quyu 3885 metr dərinlikdən sutkada 200 min kubmetr qaz, 30 ton kondensat verir. Belə ki, 20 quyunun qazılması üçün nəzərdə tutulmuş 13 saylı platforma istismara 2004-cü ilin may ayında verilib. Quyu bu platformadan qazılan və istismara verilən 13-cü quyudur. Ümumilikdə həmin 13 quyudan hazırda hər gün 2,1 mln. kubmetr qaz, 771 ton neft, 185 ton kondensat hasil olunur.

Qeyd edək ki, ilin əvvəlindən “Günəşli” yatağından 4 yeni quyu istismara verilib. İlin sonuna qədər daha 2 yeni quyu NQÇİ-yə təhvil veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR