Bank Of Baku

Mazdok-Qazıməmməd magistral qaz kəmərində partlayıcı qurğu aşkarlanıb

Mazdok-Qazıməmməd magistral qaz kəmərində partlayıcı qurğu aşkarlanıb
# 26 noyabr 2009 07:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dağıstanın Qayakənd rayonunda Mazdok-Qazıməmməd magistral qaz kəmərində partlayıcı qurğu aşkarlanıb.

«APA-Economics»in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, kəmərin 518-ci kilometrliyində Rusiya təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən partlayıcı qurğu aşkarlanıb. Hadisə yerinə müvafiq qurumun nümayəndələri gələrək qurğunun doğurdan da partlayıcı vasitə olduğunu təsdiqləyiblər. Hazırda həmin ərazi mühasirəyə alınıb, qazın nəqli dayandırılıb və minadan təmizlənmə işlərinə başlanılıb. Bəzi rəsmi mənbələrin məlumatına əsasən, bütün bunlara baxmayaraq, qaz təchizatı dayandırılmayıb.

Qeyd edək ki, Mazdok-Qazıməmməd magistral qaz kəməri vasitəsilə «mavi yanacaq» Rusiyadan Azərbaycana nəql olunur. Cari ilin noyabr ayının əvvəlindən etibarən sözügedən kəmər artıq üçüncü dəfə minalanır. Belə ki, noyabrın 11-də Dağıstanın Qarabudaqkənd rayonunda Mazdok-Qazıməmməd kəməri gün ərzində iki dəfə partladılıb. Nəticədə, Mahaçqalanın qaz təchizatı dayandırılmışıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR