Bank Of Baku

«Bakıelektrikşəbəkə» gücləndirilmiş iş rejiminə keçib

«Bakıelektrikşəbəkə» gücləndirilmiş iş rejiminə keçib
# 26 noyabr 2009 07:31 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Bakıelektrikşəbəkə» ASC Qurban Bayramı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib. Bu barədə «APA-Economics»ə səhmdar cəmiyyətinin mətbuat xidmətindən məlumat verilib.

Abonentlərin bayram günlərində fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması məqsədilə «Bakıelektrikşəbəkə»nin bütün texniki qüvvəsi hazır vəziyyətə gətirilib. Çalışanlar arasında növbətçilik qaydaları müəyyən olunub, maşın-mexanizmlər hazır vəziyyətdədir, avadanlıq və material ehtiyatı təmin edilib.

Səhmdar cəmiyyəti abonentlərdən xahiş edir ki, yarana biləcək hər hansı qəza haqqında 199 - Qəza Xidmətinə zəng vuraraq məlumat versinlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR