Bank Of Baku

«Northern Offshore» və «Caspian Drilling Company» müqavilə bağlayıb

«Northern Offshore» və «Caspian Drilling Company» müqavilə bağlayıb
# 26 noyabr 2009 08:23 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov, Elmin İbrahimov – APA-Economics. Norveçin «Northern Offshore» şirkətinin «Northern Offshore U.K. Ltd.» törəmə şirkəti Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) törəmə şirkəti olan «Caspian Drilling Company» (CDC) ilə müqavilə bağlayıb. «APA-Economics»in bildirdiyinə görə, bu barədə «Northern Offshore»un yaydığı məlumatda bildirilib.

Müqavilə Xəzər dənizinin Azərbaycan sektorunda qazma əməliyyatlarına dəstək xidmətlərinin göstərilməsini nəzərdə tutur. «Dədə Qorqud» yarımdalma qazma qurğusunun idarə edilməsində texniki və istismar dəstəyi xərcləri daxil olmaqla müqavilənin ümumi dəyəri 21 mln. ABŞ dolları, müddəti 2011-ci ilin iyul ayına qədərdir.

Qazma işləri BP, «Chevron», SOCAR, «Inpex», «StatoilHydro», «ExxonMobil», TPAO, «Devon», «Itochu» və «Hess» şirkətlərindən ibarət konsorsiumun adından BP-nin idarə etdiyi ərazidə aparılacaq. Texniki və istismar dəstəyi Aberdin şəhərində (Şotlandiya) yerləşən regional əməliyyatlar qrupunun köməkliyi ilə Bakıdakı heyət tərəfindən göstəriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR