Bank Of Baku

«Sumqayıt Karton» müəssisəsində tikinti-quraşdırma işləri başa çatıb

«Sumqayıt Karton» müəssisəsində tikinti-quraşdırma işləri başa çatıb
# 26 noyabr 2009 08:40 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın Sumqayıt şəhərində yerləşən «Sumqayıt Karton» MMC-də tikinti-quraşdırma işləri başa çatıb. Bu barədə «APA-Economics»ə Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Məlumatda bildirilir ki, adıçəkilən müəssisənin istehsal korpusu və inzibati binası, məişət yeri tikilib. İstehsal təyinatlı bütün avadanlıqlar quraşdırılıb, texniki sazlama işləri aparılıb və sınaq nümunəsi alınıb. Bakı-Quba avtomobil magistralından müəssisəyə yeni yol çəkilib. Müəssisə ərazisində abadlıq işləri başa çatmaq üzrədir.

Qeyd edək ki, hazırda Sumqayıtda bir neçə sənaye sahələrində tikinti-quraşdırma işləri aparılır. Bunlara iplik istehsalı müəssisəsi «İntertekstil» ASC, «Xovlu İplik» ASC, elektrik naqilləri və kabellər istehsal edəcək «Sumqayıt Texnologiyalar Parkı» və «Azersun Holding»in Sumqayıt fabriki daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR