Bank Of Baku

«Təmiz Şəhər» nizamnamə kapitalını artırır

«Təmiz Şəhər» nizamnamə kapitalını artırır
# 26 noyabr 2009 11:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Təmiz Şəhər» Açıq Səhmdar Cəmiyyətinin (ASC) adi sənədsiz adlı səhmin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, 1 ədəd buraxılan səhmin nominal dəyəri 500 min manat, emissiyanın ümumi həcmi də 500 min manat təşkil edir.

Birja mütəxəssislərinin fikrincə, «Təmiz Şəhər» yaxın vaxtlarda səhmin yerləşdirilməsinə başlayacaq. Yerləşdirmə uğurla başa çatacağı təqdirdə, ASC-nin nizamnamə kapitalı 2 dəfə artaraq 1 mln. manata çatacaq.

Xatırladaq ki, «Təmiz şəhər» ASC məişət tullantılarının toplanması, emalı və utilizayası üzrə müasir standartlara uyğun vahid sistemin yaradılması məqsədilə təsis olunub.

ASC Bakı şəhər İcra Hakimiyyəti Kommunal-Məişət Təsərrüfat Departamentinin bazasında yaradılıb. Bu müəssisənin mülkiyyətçisinin funksiyaları Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə tapşırılıb, İqtisadi İnkişaf Nazirliyi isə ASC-nin fəaliyyətinin normativ bazasını və nizamnaməsini, mənfəəti (zərəri) haqqında illik hesabat hazırlayır, eləcə də İdarə Heyəti və Müşahidə Şurasının sədri və üzvlərini təyin edir. Hazırda «Təmiz şəhər» ASC-nin nizamnamə kapitalı 500 min manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR