Bank Of Baku

Mazdok-Qazıməmməd magistral qaz kəmərində aşkarlanan partlayıcı zərərsizləşdirilib

Mazdok-Qazıməmməd magistral qaz kəmərində aşkarlanan partlayıcı zərərsizləşdirilib
# 26 noyabr 2009 11:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dağıstanın Qayakənd rayonunda Mazdok-Qazıməmməd magistral qaz kəmərində aşkarlanan partlayıcı qurğu zərərsizləşdirilib.

«APA-Economics»in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, kəmərin 518-ci kilometrliyində Rusiya təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən partlayıcı qurğu aşkarlanıb. Hadisə yerinə müvafiq qurumun nümayəndələri gələrək qurğunun doğurdan da partlayıcı vasitə olduğunu təsdiqləyiblər. Belə ki, kəmərin hasarına 12 litrlik sink vedrədə ammiak selitrası və alüminium pudrası bərkidilmişdir. Bu qurğunun gücü 10 kq trotil ekvivalentində qiymətləndirilir. Aparılan əməliyyat zamanı partlayıcı qurğu zərərsizləşdirilib.

Qeyd edək ki, Mazdok-Qazıməmməd magistral qaz kəməri vasitəsilə «mavi yanacaq» Rusiyadan Azərbaycana nəql olunur. Cari ilin noyabr ayının əvvəlindən etibarən sözügedən kəmər artıq üçüncü dəfə minalanır. Belə ki, noyabrın 11-də Dağıstanın Qarabudaqkənd rayonunda Mazdok-Qazıməmməd kəməri gün ərzində iki dəfə partladılıb. Nəticədə, Mahaçqalanın qaz təchizatı dayandırılmışıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR