Bank Of Baku

Azərbaycan Avropaya elektrik enerjisi ixrac edəcək

Azərbaycan Avropaya elektrik enerjisi ixrac edəcək
# 26 noyabr 2009 12:18 (UTC +04:00)
M.Əsgərovun sözlərinə görə, bunun üçün Gürcüstan ərazisində yüksək gərginlikli elektrik verilişi xətləri tikilməli və enerji infrastrukturu yaradılmalıdır. Bu da 2015-ci ildən tez olmayacaq.

«Azərenerji» rəsmisi onu da vurğulayıb ki, hazırda Gürcüstan tərəfi Türkiyə ilə sərhədədək ərazidə enerji infrastrukturunu qurmaq məqsədi ilə tender keçirir. Tenderdə Azərbaycanın «Azenco» şirkəti də iştirak edəcək.

M.Əsgərov qeyd edib ki, gələn il Azərbaycan da öz ərazisində 500 KV-luq elektrik verilişi xətlərinin tikintisi ilə bağlı işlərə başlamağı planlaşdırır.

Layihəyə əsasən, «Azərbaycan» İstilik Elektrik Stansiyası ilə Gürcüstanın 500 KV-luq yarımstansiyasını birləşdirən xətt tikilməlidir.

Qeyd edək ki, Azərbaycan, Gürcüstan və Türkiyə arasında elektrik şəbəkələrinin birləşdirilməsini nəzərdə tutan «Enerji Körpüsü» (Power Bridge) layihəsinin reallaşdırılmasına dair memorandum 2009-cu il aprelin 5-də imzalanıb. Layihə çərçivəsində Gürcüstan, Azərbaycan və Türkiyə birlikdə yüksək gərginlikli şəbəkənin vahid regional modelini formalaşdıracaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR