Bank Of Baku

Azərbaycanda işıq pulunun ödəniş səviyyəsi ödəniş 92%-ə çatıb

Azərbaycanda işıq pulunun ödəniş səviyyəsi ödəniş 92%-ə çatıb
# 26 noyabr 2009 14:30 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin oktyabr ayında «Azərenerji» ASC-nin regional enerji təchizat idarələri (RET) üzrə ümumilikdə 307,2 mln. kVt/saatdan artıq elektrik enerjisi istehlak edilib. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 15,2%-dən çox (55,2 mln. kVt/saata yaxın) azalıb. O cümlədən, daimi əhali istehlakçı qrupunda istehlak 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 23,1% azalaraq 112,3 mln. kVt/saata yaxın olub.

Oktyabr ayında ümumi ödəniş 92%, daimi əhali istehlakçı qrupunda isə 85,2% olub. ümumi ödəniş ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,8 faiz bəndi artıb.

Hesabat ayında Mingəçevir, Şirvan və Gəncə Şəhər Elektrik Şəbəkələri, Şəmkir, Qazax, Tərtər, Biləsuvar, Samux, Tovuz Paylayıcı Elektrik Şəbəkələri ümumi ödənişdə 100% və ondan yuxarı nəticə əldə edib. Eyni zamanda, ümumi ödəniş Füzuli və Ağstafa PEŞ-də 100%-ə yaxın və 7 PEŞ-də isə 90%-dən yuxarı olub. Ümumilikdə, ən yüksək göstərici Şəmkir PEŞ-də (ötən ayların debitor borcların ödənişi nəzərə alınmaqla 137%), ən aşağı isə Daşkəsən PEŞ-də (68,4%) qeydə alınıb.

Qeyd edək ki, cari ilin yanvar-oktyabr ayları ərzində RET-lər üzrə ümumilikdə 3,3 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehlak edilib və ümumi ödəniş 89,1% olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR