Bank Of Baku

Azərbaycan neftinin Avropaya nəqlini nəzərdə tutan Avrasiya neft nəqli dəhlizi layihəsinin reallaşması sürətlənəcək

Azərbaycan neftinin Avropaya nəqlini nəzərdə tutan Avrasiya neft nəqli dəhlizi layihəsinin reallaşması sürətlənəcək
# 26 noyabr 2009 14:30 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Ukrayna və Polşa Azərbaycan neftinin Avropaya nəqlini nəzərdə tutan Avrasiya neft nəqli dəhlizi layihəsinin həyata keçirilməsini sürətləndirmək bərədə razılığa gəliblər. APA-nın Ukrayna XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu qərar Ukraynanın xarici işlər naziri Pyotr Poroşenkonun Polşaya səfəri zamanı qəbul olunub. Tərəflər Belarusun da layihəyə cəlb olunmasını müzakirə ediblər.
Xatırladaq ki, bu il aprelin 24-də “Sarmatiya” beynəlxalq boru kəməri müəssisəsi səhmdarları Varşavada Avrasiya neft nəqli dəhlizi layihəsinin texniki-iqtisadi əsaslandırılması barədə sənədləri imzalayıblar. Azərbaycan neftinin Ukrayna və Polşa vasitəsilə Avropa Birliyi ölkələrinə nəqlini nəzərdə tutan bu layihənin dəyəri 5-7 milyard dollardır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR