Bank Of Baku

“Neft Daşları”nda daha bir neft quyusu istismara verilib

“Neft Daşları”nda daha bir neft quyusu istismara verilib
# 26 noyabr 2009 19:15 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Dövlət Neft Şirkətinin (ARDNŞ) “Neft Daşları” Neft-Qaz Çıxarma İdarəsinin (NQÇİ) istismar olunan quyu fonduna yeni yüksək debitli 1887 nömrəli quyu qəbul edilib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

ARDNŞ-dən bildirilib ki, 1887 saylı platformanın 5-ci blokundan qazılmış quyu 2540 metr dərinlikdən, kirməkiüstü qumlu lay dəstəsindən sutkada 35 ton neft, 25 min kubmetr qaz verir.

Qeyd edək ki, “Neft Daşları” yatağında dənizin 64 metr dərinliyində quraşdırılmış 1887 saylı 5 bloklu platforma istismara 2006-cı ilin sonlarında buraxılıb. İndiyədək platformanın 5-ci blokunda neft hasil edilməyib. Platforma 36 quyunun qazılması üçün nəzərdə tutulub və ötən 3 il ərzində platformadan 21 quyu qazılıb. Hazırda platformadan sutkada 500 ton neft alınır. Cari ildə bu platformadan 124 min ton, üç ilin yekununa görə isə 433 min ton neft hasil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR