Bank Of Baku

ARDNŞ-in alçaq təzyiqli səmt qazının utilizə edilməsi layihəsi ilə bağlı tədbir keçirilib

ARDNŞ-in alçaq təzyiqli səmt qazının utilizə edilməsi layihəsi ilə bağlı tədbir keçirilib
# 28 noyabr 2009 08:48 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Dövlət Neft Şirkətinin Ekologiya İdarəsinin təşkilatçılığı ilə “Neft Daşları” Neft-Qaz Çıxarma İdarəsinin neft yataqlarında alçaq təzyiqli səmt qazının utilizə edilməsi” layihəsi ilə bağlı tədbir keçirilib. ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, BMT-nin Kioto protokoluna uyğun olaraq Azərbaycan neft-qaz sənayesində həyata keçirilən işlərə həsr olunmuş tədbirdə layihənin məqsədi, iqlim dəyişmələri və ətraf mühit problemlərinin həllinə dair müzakirələr aparılıb.

ARDNŞ-in Ekologiya İdarəsinin Elm və texnika şöbəsinin rəisi Məhərrəm Mehdiyev “Alçaq təzyiqli qazların utilizə edilməsi” layihəsinin məqsədləri və bu istiqamətdə qarşıda duran vəzifələrdən danışıb. Sonra AMEA Geologiya İnstitutunun əməkdaşı Tələt Gəngərli Azərbaycanda istilik effekti yaradan qazlar və onların emissiyasının ixtisar edilməsi yolları haqqında iştirakçılara ətraflı məlumat verib.

Tədbirdə iştirak edən qeyri-hökumət təşkilatları və digər ictimaiyyət nümayəndələri mövzu ilə əlaqədar öz rəy və təkliflərini bildirib, iştirakçıları maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR