Bank Of Baku

Qazaxıstan Xəzər dənizi ilə neftin ixracını artıracaq

Qazaxıstan Xəzər dənizi ilə neftin ixracını artıracaq
# 30 noyabr 2009 11:33 (UTC +04:00)
Astana. Ləman Ağayeva - APA. Bu il Qazaxıstanın Aktau limanından Azərbaycan, Gürcüstan, Rusiya və İran istiqamətində 11 mln. ton yük nəql olunub. Bunu APA-nın Qazaxıstan bürosuna açıqlamasında Qazaxıstanın nəqliyyat və kommunikasiya nazirinin müavini Jenis Kasımbek bildirib.

J.Kasımbek qeyd edib ki, bunun 10 mln. tonu Xəzər dənizi vasitəsilə daşınıb və fonda Aktau Qazaxıstan üçün Xəzər regionda əsas yük ötürmə limanı rolunu oynayır. Xəzər vasitəsilə nəql olunan yüklərin təxminən 1/3-ni neft məhsulları təşkil edir.

Nazir müavininin sözlərinə görə, hazırda Qazaxıstan Zəxərin sahilində daha bir liman - Kurık limanı inşa edir. Bu liman vasitəsi ilə Qazaxıstan Bakı-Tiflis-Ceyhan boru kəməri sisteminə neft ötürüləcək. Yeni liman vasitəsi ilə il ərzində Bakı-Ceyhan kəmərinə təxminən 15-20 mln. ton neftin vurulması mümkün olacaq. Bu isə, Xəzərin Qazaxıstan sektorunda yerləşən «Kaşaqan» yatağında ilk neftin hasilatına başlanmasından sonra - 2013-2014-cü illərdə reallaşa bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR