Bank Of Baku

Azərbaycanda həyata keçirilən bir sıra investisiya layihəsinin monitorinqi aparılıb

Azərbaycanda həyata keçirilən bir sıra investisiya layihəsinin monitorinqi aparılıb
# 01 dekabr 2009 10:38 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycanda Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı (NHMT) bir sıra layihələrin monitorinqinə dair mətbuat konfransı keçirib. «APA-Economics»in məlumatına görə, təşkilatın sədri Mirvari Qəhrəmanlı bildirib ki, bu layihələrdən biri Dövlət Neft Fondunun (ARDNF) maliyyəsi ilə reallaşdırılan «Oğuz-Qəbələ-Bakı su kəməri» layihəsidir. Ümumi dəyəri 480 mln. manat təşkil edən layihə çərçivəsində təxminən 5300 ha torpaq sahəsi ayrılıb. Bunun da 2 395,65 hektarı şəxsi mülkiyyətin payına düşüb. Monitorinq zamanı bəlli olub ki, Oğuz rayonu əhalisinə torpağın hər 1 sotuna görə 30 manat, Qəbələdə 40 manat, hər ağaca isə 50-100 manat təklif edilib. Qiymətləndirmənin səhv aparıldığını deyən təşkilat rəhbəri Oğuz rayonunda sonradan torpaq mülkiyyətçilərinə bunun müqabilində torpaq verildiyini də qeyd edib: «Kəndlilərdən alınan torpağın torpaqla əvəzlənməsi yaxşı haldır. Ağacların dəyərinin ödənilməməsi, torpağın sənədlərinin yubadılması isə fikrimizcə qanun pozuntusudur».

M.Qəhrəmanlı ARDNF-dən maliyyələşən «Taxta körpü su anbarının tikintisi» layihəsinin icrasında da müəyyən problemlərin olduğunu qeyd edib. Təşkilat rəhbəri bildirib ki, layihələrin maliyyələşməsinə müqavilələr üzrə 326,9 mln. manat, ərazidəki mülkiyyətçilərə kompensasiyanın verilməsi üçün 2,4 mln. manat vəsait ayrılıb. Amma köçürülmə zamanı əhaliyə nəzərdə tutulandan az kompensasiya ödənilib. M.Qəhrəmanlı 2,4 mln. manatın hansı tədbirlərə sərf olunması barədə «Meliorasiya və Su Təsərrüfatı» ASC-yə sorğu ünvanlandığını, lakin bu günədək cavabın alınmaığını və bu səbəbdən səhmdar cəmiyyətini məhkəməyə verəcəklərini qeyd edib.

NHMT sədri «Hacıqabul-Səngəçal qaz kəmərinin tikintisi» layihəsi üzrə də bəzi problemlərin üzə çıxdığını, kəmərin altına düşən torpaq sahələrinin sahiblərinin hüquqlarının araşdırılmadığını qeyd edib. M.Qəhrəmanlı qeyd edib ki, «Azəriqaz» İB rəsmiləri SSRİ dövründə həmin ərazinin onların balansında olduğunu və sonradan icra hakimiyyəti tərəfindən əhaliyə qanunsuz olaraq verildiyini bəyan ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR