Bank Of Baku

Azərbaycanda 6 yeni zavod tikiləcək

Azərbaycanda 6 yeni zavod tikiləcək
# 01 dekabr 2009 15:05 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, «AzMeCo»nun İdarə Heyətinin sədri Nizami Piriyev bildirib ki, layihə çərçivəsində şirkətin tikməyi planlaşdırdığı 6 zavodun ümumi layihə dəyəri 1,1 mlrd. ABŞ dolları təşkil edəcək. Bütün zavodlar 2013-cü ilədək istifadəyə veriləcək. Vəsaitin 33%-ni AYİB, qalanını isə digər banklar ayıracaq.

N.Piriyev qeyd edib ki, birinci mərhələdə inşa olunacaq metanol zavodunun inşası layihəsinin ümumi dəyəri 300 mln. dollardır. Digər zavodlara gəlincə, ikinci 400 mln. dollar, üçüncü 250 mln. dollar, dördüncü 30 mln. dollar, beşinci 100 mln. dollar, altıncı zavod isə 30 mln. dollara başa gələcək.

Müqavilənin imzalanma mərasimində çıxış edən Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyer isə belə bir zavodun Azərbaycanda tikintisini beynəlxalq təşkilatların və bir sıra ölkənin Azərbaycana inamının göstəricisi kimi xarakterizə edib. T.Bleyer bildirib ki, bu zavodlar hesabına Azərbaycan Avropa ölkələrinə bir neçə növ enerji təklif edəcək.

Qeyd edək ki, «AzMeCo» şirkəti təbii qazın emalı yolu ilə illik istehsal gücü 720 min ton, gündəlik gücü 600 tona qədər ammonyak, 1150 tonadək karbomid istehsal edən zavodun tikintisi və istismarının operatorudur. Gələn ilin sonunda istifadəyə veriləcək metanol zavodu sonrakı mərhələlərdə 450 tonadək sirkə turşusu, 500 tonadək dimetil efir, 80 tonadək formaldehid, 40 tonadək melomil istehsal edəcək. Layihəni AYİB-lə yanaşı Azərbaycan Beynəlxalq Bankı, EDC (Kanada) və Qara Dəniz Ticarət və İnkişaf Bankı maliyyələşdirir.

Xatırladaq ki, AYİB krediti iki tranşla ayıracaq. Belə ki, ilk tranş 9 ilədək müddətə 90 mln. dollar həcmində ilkin tələbli borc, ikinci tranş isə 10 ilə tam geri qaytarılacaq 30 mln. dollar həcmində ilkin tələbli fəaliyyətdən asılı maliyyə vəsaiti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR