Bank Of Baku

Geofiziki tədqiqatlarda ASEP tipli müasir karotaj qaldırıcı qurğusundan istifadə olunur

Geofiziki tədqiqatlarda ASEP tipli müasir karotaj qaldırıcı qurğusundan istifadə olunur
# 01 dekabr 2009 19:11 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) TAKER firmasından (Hollandiya-ABŞ) aldığı ASEP tipli müasir karotaj qaldırıcı qurğunu hazırda «Ümüd» sahəsində 8 saylı birinci quyuda geofiziki tədqiqatların aparılmasında istifadə edir.
ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, bu qurğu 7 damarlı karotaj kabeli, İNTEQRA-karotaj stansiyası, açarlı proqram təminatı və quyu cihazları ilə təmin edilib. ASEP karotaj qaldırıcı qurğusu «Ümüd» sahəsindən başqa, «Bulla» yatağında da dəqiq geoloji-geofiziki araşdırma məqsədilə tətbiq edilir. Modul tipli bu avadanlıq kompleksi işlərin daha keyfiyyətli və az vaxtda aparılmasını təmin edir. Hazırda bu avadanlıqdan «8 Mart» yatağında da istifadə olunması istiqamətində hazırlıq işləri görülür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR