Bank Of Baku

«Azəriqaz» təbii qazdan qeyri-qanuni istifadə hallarının qarşısının alınması məqsədi ilə təbirləri davam etdirir

«Azəriqaz» təbii qazdan qeyri-qanuni istifadə hallarının qarşısının alınması məqsədi ilə təbirləri davam etdirir
# 02 dekabr 2009 06:52 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. ARDNŞ-in «Azəriqaz» İstehsalat Birliyi (İB) tərəfindən abonentlərin təhlükəsizliyinin təmin edilməsi, təbii qazdan qeyri-qanuni istifadə hallarının qarşısının alınması məqsədi ilə həyət və mənzillərdə qurulmuş sayğaclar küçəyə çıxarılır. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

«Azəriqaz» İB-nin Bakı şəhər Qaz İstismar İdarəsi tərəfindən Əzizbəyov rayonu Türkan, Zirə və Binə qəsəbələrində «Ulu» MMC, «Kontrol-A» və «İnter Qaz» Təmir Tikinti İdarələri tərəfindən 2066 ədəd qaz sayğacı mənzillərdən kənara çıxarılıb. Analoji tədbirlər digər qəsəbələrdə də davam etdirilir.

ARDNŞ-in yaydığı məlumatda o da bildirilib ki, hazırda ölkə əhalisi sutkada 16,5 mln. kubmetr qazla təchiz olunur. Bunun 9 mln. kubmetri Bakı şəhərinə, qalanı isə Abşeron və Sumqayıt da daxil olmaqla regionlara nəql edilir. Havaların soyuması ilə paralel nəql olunan qazın miqdarı da artırılacaq.

Birlik üzrə 2009-2010-cu illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar hazırlanmış xüsusi tədbirlər planı çərçivəsində cari ilin aprel-oktyabr aylarında qaz təsərrüfatı sistemində 7 965 metr müxtəlif diametrli əlaqələndirici qaz xətləri çəkilib, yeraltı yol keçidləri yenilənib, 9 ədəd qaz tənzimləyici şkaf, 35 ədəd siyirtmə, 13 ədəd bağlayıcı kran quraşdırılıb. Bundan başqa, çoxdan istismarda olan 1 290 metr uzunluğunda yeraltı qaz xətləri korroziyadan mühafizə məqsədi ilə yerin üstünə çıxarılaraq təmir edilib.

Həmçinin, rejimlərin tənzimlənməsi üçün 2 ədəd təzyiq tənzimləyicisinin yeri dəyişdirilib, Hesabat dövründə 2 905 ədəd qaz tənzimləyici şkaf, 2 531 ədəd bağlayıcı kran və siyirtmələr təmir və təftiş edilib, 5 020 metr uzunluğunda qaz xətləri dayaqlar üzərinə qoyulub. İtkinin qarşısının alınması məqsədi ilə 1 567 metr qaz xətti həyətyanı ərazilərdən kənara çıxarılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR