Bank Of Baku

«Bakıelektrikşəbəkə» gücləndirilmiş iş rejiminə keçib

«Bakıelektrikşəbəkə» gücləndirilmiş iş rejiminə keçib
# 02 dekabr 2009 08:16 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Dekabrın 1-dən «Bakıelektrikşəbəkə» ASC gücləndirilmiş iş rejiminə keçib. Bu barədə «APA-Economics»ə səhmdar cəmiyyətinin mətbuat xidmətindən məlumat verilib.

Səhmdar cəmiyyətindən bildirilib ki, qış mövsümü və havaların soyuq keçməsi ilə əlaqədar olaraq dünəndən Bakı şəhərinin enerji təchizatını həyata keçirən qurumlar 24 saatlıq növbətçilik əsasında iş rejiminə keçirilib. «Bakıelektrikşəbəkə» ASC-nin bütün idarələrində növbətçilik təşkil olunub, qəza xidməti baş verə biləcək problemləri aradan qaldırmaq üçün hazır vəziyyətə gətirilib.

Qeyd edək ki, Bakı şəhərinin 11 rayonunun enerji təchizatını həyata keçirən «Bakıelektrikşəbəkə» ASC-nin 670 mindən artıq abonenti var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR