Bank Of Baku

Çıraq Neft Layihəsi üzrə təsirin qiymətləndirilməsi sənədi Azərbaycan Ekologiya Nazirliyinə təqdim edilib

Çıraq Neft Layihəsi üzrə təsirin qiymətləndirilməsi sənədi Azərbaycan Ekologiya Nazirliyinə təqdim edilib
# 02 dekabr 2009 14:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «BP-Azerbaijan» şirkəti tərəfindən icra olunacaq Xəzərin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» (AÇG) layihəsi çərçivəsində Çıraq Neft Layihəsi (ÇNL) üzrə Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsinə dair sənəd Azərbaycan Ekologiya Nazirliyinə təqdim olunub.

«BP-Azerbaijan» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, sənəddə 100-dən artıq rəy qəbul olunub, həmçinin tullantıların azalması üçün işlər aparılıb.

ÇNL çərçivəsində inşa olunacaq yeni «Qərbi Çıraq» platformasında ətraf mühitin qorunmasına dair ilkin işlər «Mərkəzi Azəri» və «Şərqi Azəri» platformalarına əsasən modelləşdirilib.

Qeyd edək ki, sənəd Ekologiya Nazirliyi və Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən razılaşdırılıb. Sənəddə həmçinin layihənin sosial-iqtisadi sahəyə təsiri, kumulyativ, transsərhəd təsirlər və qəza halları kimi məsələlər əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR