Bank Of Baku

ARDNŞ-nin Geofizika və Geologiya İdarəsi “Babək” perspektiv strukturunda tədqiqat işləri aparıb

ARDNŞ-nin Geofizika və Geologiya İdarəsi “Babək” perspektiv strukturunda tədqiqat işləri aparıb
# 02 dekabr 2009 16:15 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. ARDNŞ-nin Geofizika və Geologiya İdarəsi (GGİ) Xəzər dənizinin Azərbaycan sektorunda, Bakı arxipelaqında - “Ümid” strukturunun yaxınlığında yerləşən “Babək” perspektiv strukturunda tədqiqat işləri aparıb. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

İşlər GGİ-nin Kompleks Geoloji-Kəşfiyyat və Topoqrafiya İdarəsinin kəşfiyyat partiyası tərəfindən Xəzər Dəniz Neft Donanmasının “Məmməd Süleymanov” elmi-tədqiqat gəmisi vasitəsilə həyata keçirilib. Tədqiqatlar zamanı 430 xətti kilometr seysmoakustik profilləmə, 360 xətti kilometr batimetriya (dərinliyin öyrənilməsi), 90 xətti kilometr sonor planalma işləri yerinə yetirilib. Aparılmış işlər nəticəsində dəniz dibi relyefi və kəsilişin üst hissəsi (700 metrədək) öyrənilib, dərinlik qırılmaları aşkar olunub, palçıq vulkanların hüdudları təyin edilib. Həmçinin eynicinsli horizontlar işlənib, anomal qaz toplanmış sahələr aşkar olunub.

Qeyd edək ki,“Babək” perspektiv strukturunda aparılmış bütün bu işlər sahədə ilk axtarış quyusunun yerinin seçilməsinə imkan yaradır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR