Bank Of Baku

Azərbaycanın enerji sistemində optik kabellərin tətbiqinə başlanıb

Azərbaycanın enerji sistemində optik kabellərin tətbiqinə başlanıb
# 03 dekabr 2009 09:05 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın enerji sistemində həyata keçirilən SCADA layihəsi çərçivəsində optik kabellərin tətbiqinə başlanıb. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Fransanın «Areva» şirkətinin mütəxəssisləri layihə çərçivəsində «Azərenerji»nin ayrı-ayrı müəssisələrində müvafiq avadanlıqlar quraşdıracaqlar. Layihə üzrə optik kabellərin çəkilişi 90% yekunlaşıb və hazırda həmin kabellər test olunur. Optik kabelə keçidlə əlaqədar olaraq, enerji sistemi üzrə bütün müəssisələrin rabitə sxemləri hazırlanır.

Qeyd edək ki, SCADA layihəsi üzrə «Azərenerji» ASC-nin Rele Mühafizəsi Xidməti və Enerji Sisteminin İdarəetmə Vasitələri Şəbəkəsinin mütəxəssisləri birgə çalışırlar. Əsas fəaliyyət uzaqdan idarəetmə qurğusu və onun preferik şkaflarının, çeviricilərin quraşdırılmasından ibarətdir. Onların hazırda istismarda olan stansiya və yarımstansiyalarda adaptasiyası yekunlaşmaq üzrədir. Artıq 7 obyektdə adaptasiya işləri yekunlaşdırılıb. Yeni avadanlıqların quraşdırılması işlərinə də əvvəlcə bu obyektlərdə başlanılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR