Bank Of Baku

«Azəriqaz» əhaliyə xəbərdarlıq edib

«Azəriqaz» əhaliyə xəbərdarlıq edib
# 03 dekabr 2009 12:01 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azəriqaz» İstehsalat Birliyi əhaliyə xəbərdarlıq edib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

ARDNŞ-in məlumatında bildirilib ki, mövsümdə istehlakçılara verilən təbii qazın miqdarının artırılması təhlükəsiz qaydalarına əməl olunmadığı hallarda arzuolunmaz hadisələrə yol aça bilər. İstehlakçıların təbii qazdan istifadə qaydalarına düzgün riayət etməmələri dəm qazından zəhərlənmə hallarına, qaz sızmasından partlayışa, yanğına və digər bədbəxt hadisələrə zəmin yaradır. Bu səbəbdən abonentlərdən ictimai binalarda, yaşayış evlərində, təhsil, səhiyyə obyektlərində, idarə və müəssisələrdə təbii qazdan istifadə edən zaman diqqətli olmaları və gözlənilməz hadisənin baş verməməsi üçün texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələri tövsiyə olunub.

Məlumatda əlavə olaraq bildirilir ki, qaz sobalarının tüstü bacaları, mətbəx və hamam otaqlarının havadəyişmə yolları qış mövsümü başlamadan əvvəl təmizlənməli, işlək vəziyyətə gətirilməlidir. Abonentlər və ya kənar şəxslər tərəfindən qaz xətlərinin özbaşına çəkilməsi, qaz cihazlarının yerinin dəyişdirilməsi, təmiri və əlavə qaz cihazlarının quraşdırılması qəti qadağandır. Təhsil, səhiyyə, uşaq evləri və digər müəssisə və təşkilatlarda qaz sobalarından istifadə edilməsi üçün məsul şəxslər təyin edilməli və təlimatlandırılmalıdırlar.

«Azəriqaz» İB abonentləri qaz iyi hiss etdikdə, eləcə də qaz sistemindəki hər hansı bir problemlə əlaqədar Mərkəzi Qaz Qəza Xidmətinə - 104 nömrəli telefona xəbər verməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR