Bank Of Baku

Rusiya neftinin Odessa-Brodı kəməri ilə nəqlinə dair saziş imzalanıb

Rusiya neftinin Odessa-Brodı kəməri ilə nəqlinə dair saziş imzalanıb
# 03 dekabr 2009 14:18 (UTC +04:00)
Bakı – APA-Economics. Polşanın “PKN-Orlen” neft emalı konserni və İsveçrənin “Mercuria Energy Trading SA” şirkəti ilə Rusiya neftinin Odessa-Brodı kəməri ilə nəqlinə dair saziş imzalayıb.

APA-Economics”in məlumatına görə, saziş 2010-2012-ci illərdə hər il 4,8 mln. ton neftin nəql olunmasını nəzərdə tutur.

Qeyd edək ki, bu il aprel 24-də “Sarmatiya” Beynəlxalq Konsorsiumunun səhmdarlarının Polşada keçirilən iclasında Odessa-Brodı kəmərinin bazasında Avrasiya Neft Nəqliyyat Dəhlizinin texniki-iqtisadi əsaslandırılması təsdiqlənib. Layihə Xəzər regionundan neftin Ukrayna, Avstriya və Polşa neft emalı zavodlarına nəqli və Polşanın Qdansk və Plotsk şəhərlərinə qədər kəmərin tikintisinin başa çatdırılmasını nəzərdə tutulur. Layihənin ən vacib tərkib hissələrindən biri olan Odessa-Brodı kəmərinin avers rejiminə (Brodı istiqamətində) keçirilməsidir.

Polşanın «Sarmatiya» boru kəməri müəssisənin bazasında yaradılan eyniadlı Polşa-Ukrayna birgə konsorsiumuna 2008-ci ilin yanvarında həmçinin Azərbaycan Dövlət Neft Şirkəti, Gürcüstanın Neft-Qaz Korporasiyası və Litvanın «Klaipedos Nafta» şirkəti daxil olub.

Uzunluğu 667 km olan Odessa-Brodı kəməri 2001-ci ildə tikilib. Layihənin ümumi dəyəri 200 mln. ABŞ dolları təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR