Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti Rusiyanın Xəzərdəki «Flanovski» yatağında mühəndis-geoloji işləri aparacaq

Azərbaycan Dövlət Neft Şirkəti Rusiyanın Xəzərdəki «Flanovski» yatağında mühəndis-geoloji işləri aparacaq
# 04 dekabr 2009 06:40 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. ARDNŞ-in Geofizika və Geologiya İdarəsinin (GGİ) mütəxəssislərindən ibarət ekspedisiya Xəzər dənizinin Rusiya sektorundakı «Flanovski» yatağında (keçmiş «Rakuşeçnoye» yatağı) mühəndis-geoloji işləri aparacaq. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

«Morinologiya» şirkətinin sifarişinə əsasən burada «Zöhrab Vəliyev» elmi tədqiqat gəmisi vasitəsi ilə kern nümunələri götürməklə hər birinin dərinliyi 80 metr olan 4 mühəndisi-geoloji quyunun qazılması nəzərdə tutulur. Eyni zamanda, gəminin göyərtəsindəki laboratoriyada qruntun ekspress-analizi aparılacaq, fiziki-mexaniki xüsusiyyətləri öyrəniləcək. Ekspedisiyanın bir ay davam edəcəyi gözlənilir.

Qeyd edək ki, ARDNŞ-in «Zöhrab Vəliyev» gəmisi 2009-cu ildə xaricdə 6 dəfə ezamiyyətdə olub. Gəmi mürəkkəb hidrometroloji şəraitdə 30 gün üzmək və fasiləsiz işləmək qabiliyyətinə malikdir. Gəminin göyərtəsindəki qazma dəzgahı, laboratoriya, müasir geofiziki, geoloji və naviqasiya avadanlığı ABŞ, Böyük Britaniya və Hollandiyanın tanınmış şirkətlərindən alınıb. Bu avadanlıq bizim mühəndis geoloqlara neft-qaz sahəsində dünya standartlarına uyğun tədqiqatlar aparmaq imkanı verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR