Bank Of Baku

«Qazprom» və ENI şirkətləri «Cənub axın» layihəsinə yeni iştirakçı cəlb edir

«Qazprom» və ENI şirkətləri «Cənub axın» layihəsinə yeni iştirakçı cəlb edir
# 04 dekabr 2009 08:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Rusiyanın «Qazprom» və İtaliyanın ENI şirkətləri arasında «Cənub axın» layihəsi üzrə növbəti qarşılıqlı anlaşma memorandumu imzalanıb.

«APA-Economics»in «Qazprom»un rəsmi veb-saytına istinadən verdiyi məlumata görə, memorandum «Qazprom» ASC-nin İdarə Heyətinin sədri Aleksey Miller və ENI-nin rəhbəri Paolo Skaroni tərəfindən imzalanıb.

Sənədə əsasən, «Qazprom» və ENI Fransanın EDF şirkətinin «Cənub axın» layihəsinə qoşulmasına razılıq verib ki, daha sonra EDF «Qazprom» və ENI tərəfindən birgə yaradılmış «South Stream AG»nin səhmdarları sırasına daxil olacaq.

Xatırladaq ki, 2007-ci ildən indiyədək «Qazprom» və ENI arasında layihənin müxtəlif aspektlərini əhatə edən dörd qarşılıqlı anlaşma memorandumu imzalanıb.

Qeyd edək ki, «Cənub axın» qaz boru kəmərinin çəkilməsi layihəsi «Qazprom»a Qara dəniz ilə təbii qazı Cənubi və Mərkəzi Avropaya ixrac etməyə imkan yaradacaq. Sözügedən layihənin «Nabucco» qaz kəməri ilə rəqabət aparacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR