Bank Of Baku

Bakıda və rayonlarda köhnə qaz kəmərləri yeniləri ilə əvəzlənir

Bakıda və rayonlarda köhnə qaz kəmərləri yeniləri ilə əvəzlənir
# 04 dekabr 2009 13:07 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. ARDNŞ-in “Azəriqaz” İstehsalat Birliyi Bakıda və rayonlarda köhnə qaz kəmərlərini yeniləri ilə əvəzləyir. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

Tədbirlər planı çərçivəsində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində həyətlərdən keçən 530 mm-lik orta təzyiqli qaz xətti ləğv edilərək onun 1400 metrlik hissəsində 280 mm-lik qaz xətti çəkilib. Paralel olaraq “Tikinti Quraşdırma-V” MMC tərəfindən qəsəbədə əvvəlllər mənzil və həyətlərdə quraşdırılmış 181 ədəd qaz sayğacı küçəyə çıxarılıb. Bundan əlavə, Yevlax rayonunun Nizami prospektində, Füzuli, Nüşabə və Rövşən Balakişiyev küçələrində korroziyaya uğramış ümumi uzunluğu 2000 metrdən artıq 426 mm-lik, 219 mm-lik və 100 mm-lik orta təzyiqli qaz kəmərləri dəyişdirilərək yenisi ilə əvəz olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR