Bank Of Baku

«BP-Azerbaijan» bu ilin I rübündə Azərbaycana 800 mln. kubmetr səmt qazı təhvil verib

«BP-Azerbaijan» bu ilin I rübündə Azərbaycana 800 mln. kubmetr səmt qazı təhvil verib
# 06 may 2010 13:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin I rübü ərzində «BP-Azerbaijan» şirkəti Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» (AÇG) yataqlar blokundan 0,8 mlrd. kubmetr səmt qazı təhvil verib.

«BP-Azerbaijan»dan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə «BP-Azerbaijan» ARDNŞ-a gündə təxminən 9,4 mln. kubmetr AÇG səmt qazı verib: «Ümumilikdə, ARDNŞ-a I rüb ərzində 0,8 mlrd. kubmetr AÇG səmt qazı təhvil verilib. Bütün cari il üçün isə biz ARDNŞ-a AÇG əməliyyatlarından 1,9 mlrd. kubmetr səmt qazı çatdırmağı planlaşdırırıq».

Qeyd edək ki, AÇG yataqlarının işlənməsi layihəsində BP (operator - 34,1%), «Chevron» (10,2%), ARDNŞ (10%), «Inpex» (10%), «Statoil» (8,6%), «ExxonMobil» (8%), TPAO (6,8%), «Devon» (5,6%), «Itochu» (3,9%) və «Hess» (2,7%) şirkətləri iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR