Bank Of Baku

«Darvin bankası» yatağında yeni quyunun qazma işlərinə başlanıb

«Darvin bankası» yatağında yeni quyunun qazma işlərinə başlanıb
# 06 may 2010 15:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Kompleks Qazma İşləri Trestinin «Neft Daşları» Dəniz Qazma İşləri İdarəsi «Darvin bankası» yatağındakı 660 nömrəli meydançada yeni quyunun qazma işlərinə başlayıb.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, Qirməki Altı Lay Dəstəsinə qazılan 653 nömrəli həmin quyunun layihə dərinliyi 1540 metrdir. Quyudan sutkada 7 ton neft hasil ediləcəyi gözlənilir. Quyu «Abşeronneft» Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılır.

Qeyd edək ki, 660 nömrəli meydançadan ümumilikdə 12 quyunun qazılması planlaşdırılır. Bu günə qədər həmin quyuların 5-i qazılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR