Bank Of Baku

Yayda Azərbaycan Dövlət Neft Şirkətinin yeni inzibati binasının tikintisinə başlanılacaq

Yayda Azərbaycan Dövlət Neft Şirkətinin yeni inzibati binasının tikintisinə başlanılacaq
# 07 may 2010 07:22 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) yeni inzibati binasının tikintisinə cari ilin iyun ayında başlanılacaq. «APA-Economics»in bildirdiyinə görə, bu barədə tikinti işlərini həyata keçirəcək Türkiyənin «Tekfen Holding» şirkətlər qrupunun ictimaiyyətlə əlaqələr departamenti məlumat yayıb.

Tikinti işlərinin başlanılması üçün «Tekfen Holding» törəmə müəssisəsi olan «Tekfen İnşaat və Təsisat» şirkətinə niyyət məktubu göndərib.

Şirkətin məlumatında bildirilir ki, layihənin ümumi məbləği 235 mln. ABŞ dollarıdır. İyun ayında başlanılacaq tikinti işlərinin 32 ay ərzində tamamlanması nəzərdə tutulur.

«Tekfen Holding»in məlumatında o da bildirilir ki, «Tekfen İnşaat və Təsisat» ilə ARDNŞ arasında ARDNŞ-in yeni inzibati binasının tikintisinə dair protokol 2008-ci ilin oktyabr ayında imzalanıb. Lakin dünyada başlanan maliyyə böhranı ilə əlaqədar 2008-ci il dekabrın 15-də ARDNŞ layihənin təxirə salındığını elan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR