Bank Of Baku

«Qərbi Çıraq» platformasını «Azfen»-«Tekfen»-AMEC şirkətlər konsorsiumu inşa edəcək

«Qərbi Çıraq» platformasını «Azfen»-«Tekfen»-AMEC şirkətlər konsorsiumu inşa edəcək
# 07 may 2010 08:09 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «BP-Azerbaijan» şirkəti tərəfindən «Qərbi Çıraq» açıq dəniz neft çıxartma platformasının inşası üzrə keçirilən tenderi Türkiyənin «Tekfen İnşaat» şirkətinin də iştirak etdiyi ATA (Azfen-Tekfen-AMEC) konsorsiumu qazanıb. Bu barədə «APA-Economics»ə «Tekfen» şirkətindən məlumat verilib.
Məlumatda bildirilir ki, Xəzərin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» (AÇG) yataqlar blokunun işlənməsi layihəsinin bir hissəsini təşkil edən Çıraq Neft Layihəsi çərçivəsində tikiləcək 335 mln. ABŞ dolları dəyərindəki platformanın inşası layihəsində «Tekfen» şirkəti «Azfen»dəki ortaqlıq payı ilə birlikdə 163 mln. dollarlıq pay alacaq.
Təxminən 1 min nəfərin işləyəcəyi layihəyə cari ilin iyul ayında start veriləcək və 3 il ərzində tamamlanacaq. Drillinq (neft çıxarma modulu), texniki dəstək modulları və yerləşmə müəssisəsinin yerləşəcəyi 18 500 tonluq bu nəhəng offşor platforması «Tekfen»in Azərbaycanda reallaşdıracağı üçüncü və ən böyük platforma olacaq. Platformanın quruda tikintisi, montajı, bütün test işləri Bakıda yerinə yetiriləcək.
«Tekfen» Azərbaycanda 1996-cü ildən fəarliyyət göstərir. Qərbi Çıraq Platforması ilə birlikdə «Tekfen İnşaat»ın son 14 ildə Azərbaycanda qatıldığı layihələrin ümumi dəyəri 1,1 mlrd. dollardan çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR