Bank Of Baku

Bu ilin I rübündə Bakı-Tiflis-Ərzurum qaz boru kəmərinə 3,2 mln. dollar əsaslı xərclər sərf edilib

Bu ilin I rübündə Bakı-Tiflis-Ərzurum qaz boru kəmərinə 3,2 mln. dollar əsaslı xərclər sərf edilib
# 07 may 2010 09:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin I rübü ərzində «BP-Azerbaijan» şirkəti Cənubi Qafqaz qaz boru kəməri (Bakı-Tiflis-Ərzurum) ilə bağlı fəaliyyətə 3,2 mln. ABŞ dolları həcmində əsaslı xərclər sərf edib.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, bütövlükdə 2010-cu ildə Bakı-Tiflis-Ərzurum üzrə əsaslı xərclərin 12,7 mln. dollar olacağı planlaşdırılır.

Hesabat dövründə qaz boru kəmərinin orta ötürücülük gücü gündə təxminən 15,35 mln. kubmetr qaz və ya 97 min bareldən artıq neft ekvivalenti olub.

Qeyd edək ki, bu boru kəməri 2006-cı ilin sonunda istismara verilərək əvvəl Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə həm də Türkiyəyə «Şahdəniz» qazını çatdırır.

Xatırladaq ki, Bakı-Tiflis-Ərzurum kəmərinin əsas sərmayədarları BP (texniki operator -25,5%), «Statoil» (kommersiya operatoru - 25,5%), «Azərbaycan CQBK Ltd.» (10%), «LUKoil» (10%), NICO (10%), «Total» (10%) və TPAO (9%) şirkətləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR