Bank Of Baku

«Azəri-Çıraq-Günəşli» yataqlar blokundakı platformalardan gündəlik neft hasilatı I rübdə 716,3 min barel təşkil edib

«Azəri-Çıraq-Günəşli» yataqlar blokundakı platformalardan gündəlik neft hasilatı I rübdə 716,3 min barel təşkil edib
# 07 may 2010 10:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin I rübü ərzində Xəzərin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» (AÇG) yataqlar blokunun işlənməsi layihəsinin operatoru olan «BP-Azerbaijan» şirkəti mövcud 5 platformadan gündə təxminən 716,3 min barel neft hasil edib.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə «Çıraq» platformasında 19 quyu istismarda olub (13 hasilat və 6 suvurma quyusu) və oradan orta hesabla gündə təxminən 106,7 min barel neft hasil edilib.

Bununla yanaşı, «Mərkəzi Azəri»də 20 quyu istismarda olub (13 hasilat, 2 suvurma və 5 qaz injektor quyusu) və oradan gündə orta hesabla 190,4 min barel neft hasil olunub. «Qərbi Azəri»də isə 21 quyu istismarda idi (15 hasilat və 6 suvurma quyusu) və oradan gündəlik orta hesabla təxminən 253,7 min barel neft hasil edilib.

Eyni zamanda, hesabat dövründə «Şərqi Azəri»də 14 quyu istismarda olub (10 hasilat və 4 suvurma quyusu) və oradan gündəlik orta hesabla təxminən 127,9 min barel neft hasilatı qeydə alınıb. «Dərinsulu Günəşli»də isə 21 quyudan (11 hasilat və 10 suvurma quyusu) gündə təxminən 118,6 min barel neft çıxarılıb.

Qeyd edək ki, AÇG yataqlarının işlənməsi layihəsində BP (operator - 34,1%), «Chevron» (10,2%), ARDNŞ (10%), «Inpex» (10%), «Statoil» (8,6%), «ExxonMobil» (8%), TPAO (6,8%), «Devon» (5,6%), «Itochu» (3,9%) və «Hess» (2,7%) şirkətləri iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR