Bank Of Baku

Azərbaycan qazının Türkiyəyə satşı ilə bağlı yaxın günlərdə Bakıda işçi qrupları səviyyəsində görüş keçiriləcək

Azərbaycan qazının Türkiyəyə satşı ilə bağlı yaxın günlərdə Bakıda işçi qrupları səviyyəsində görüş keçiriləcək
# 07 may 2010 10:51 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan qazının alqı-satqısı ilə bağlı müvafiq sənədləri hazırlamaq üçün Türkiyə tərəfinin işçi qrupu yaxın günlərdə Bakıya gələcək. “APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə ARDNŞ-in xarici sərmayələr idarəsinin rəisi Vaqif Əliyev bildirib.

Türkiyəyə satılacaq qazın həcmini və qiymətini açıqlamayan V.Əliyev bunun konfidensial xarakter daşıdığını vurğulayıb. İdarə rəisi 2008-ci ilin aprel ayından indiyədək Türkiyəyə satılan qazın qiymətindəki fərqin hansı formada ödəniləcəyinə gəlincə deyib ki, bu, hazırlanan sənədlərdə öz əksini tapmayıb: “Amma hesab edirəm ki, fərqin ödənişi hissə-hissə deyil, birdəfəlik həll olunacaq”.

V.Əliyev Türkiyədən başqa digər potensial alıcılarla da Azərbaycan qazının satışına dair müzakirələrin aparılacağını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR