Bank Of Baku

Səngəçal terminalından I rübdə 76 mln. barel neft ixrac olunub

Səngəçal terminalından I rübdə 76 mln. barel neft ixrac olunub
# 07 may 2010 11:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin I rübü ərzində «BP-Azerbaijan» şirkəti Səngəçal terminalından 76 mln. barel neft ixrac edib.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə 66 mln. barel neft terminaldan Bakı-Tiflis-Ceyhan əsas neft boru kəməri vasitəsilə, 8 mln. barel Qərb İxrac Boru Kəməri (Bakı-Supsa) marşrutu ilə, 2 mln. barel isə dəmir yolu vasitəsilə ixrac edilib.

Bundan başqa, terminaldan gündəlik orta hesabla 22 mln. kubmetr «Şahdəniz» qazı ixrac edilib.

Qeyd edək ki, hazırda Səngəçal terminalının texniki emal sistemlərinin ümumi gücü gündə 1,2 mln. barel neft və 25,5 mln. kubmetr qaz (ümumi qaz emalı gücü 39,5 mln. kubmetr olmaqla) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR