Bank Of Baku

Azərbaycanda SOCAR brendli ilk yanacaqdoldurma məntəqələri açılıb

Azərbaycanda SOCAR brendli ilk yanacaqdoldurma məntəqələri açılıb
# 07 may 2010 12:32 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, Bakı şəhərinin Bibiheybət qəsəbəsi, Zığ yolu və Hava limanı yolu üzərində yerləşən ilk 3 stansiyanın açılışında ARDNŞ prezidenti Rövnəq Abdullayev də iştirak edib.

Jurnalistlərə açıqlamasında R.Abdullayev bildirib ki, bu ilin sonuna qədər daha 7 stansiyanın, gələn il isə 10 stansiyanın istifadəyə verilməsi planlaşdırılır. Bu il stansiyaların tikintisinə 20 mln. manat vəsait xərclənəcək. Hər bir yanacaqdoldurma məntəqəsində 60 nəfərdən artıq şəxs işlə təmin olunacaq.

«Bu yanacaqdoldurma məntəqələrində xidmət yüksək səviyyədə təşkil olunacaq. Stansiyada vətəndaşlar həmçinin elektrik və qaz pullarını ödəyə biləcək, həmçinin burada kontaktsız yuma xidməti göstəriləcək», - deyən R.Abdullayev SOCAR yanacaqdoldurma məntəqələrinin bazarda inhisarçı mövqe tutmayacağını bəyan edib.

Bununla belə, R.Abdullayev Azərbaycanda yanacağın satışı ilə məşğul olan digər yanacaqdoldurma stansiyalarını özlərinə rəqib saydıqlarını vurğulayıb.

Yanacaqdoldurma məntəqələrində Aİ-93 və Aİ-95 markalı benzinlə yanaşı Aİ-98 markalı avtomobil benzininin və «Euro dizel» yanacağının, həmçinin, maye qazın satışı həyata keçiriləcək.

«Bu yanacaqdoldurma stansiyalarında ARDNŞ-in zavodlarında istehsal olunan yanacaq satılacaq. Bizim dizelin keyfiyyəti artıq Avropa standartlarına uyğundur. Benzinin keyfiyyəti də yüksəldilir və bu il Avro-2 standartlarına keçiləcək», - deyə R.Abdullayev əlavə edib.

Yanacaqdoldurma məntəqələri «SOCAR Petrolium» törəmə şirkətinə tabe olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR