Bank Of Baku

Azərbaycan gələn il Euro-3 standartını tətbiq edəcək

Azərbaycan gələn il Euro-3 standartını tətbiq edəcək
# 07 may 2010 12:47 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Gələn il Azərbaycanda Euro-3 ekoloji standartlarında avtomobil benzinin istehsalına başlanacaq. «APA-Economics»in məlumatına görə, bunu ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

R.Abdullayevin sözlərinə görə, hazırda bununla bağlı ARDNŞ-in müəssisələrində investisiya layihələri həyata keçirilir.

«Amma Euro-4 və Euro-5 standartlarına keçidlə bağlı böyük investisiya qoyulmalı, yeni qurğular tikilməlidir», - deyə R.Abdullayev əlavə edib.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə 2010-cu il iyul ayının 1-dən benzin istehsalı və avtomobil idxalında Euro-2 standartları qüvvəyə minir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR