Bank Of Baku

ARDNŞ prezidenti Rövnəq Abdullayev: «Azərbaycanla Türkiyə arasında qazın alqı-satqısı ilə bağlı bütün anlaşılmazlıqlar aradan qalxıb»

ARDNŞ prezidenti Rövnəq Abdullayev: «Azərbaycanla Türkiyə arasında qazın alqı-satqısı ilə bağlı bütün anlaşılmazlıqlar aradan qalxıb»
# 07 may 2010 13:17 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

R.Abdullayevin sözlərinə görə, Azərbaycan və Türkiyə təbii qazın alqı-satqısı ilə bağlı konseptual həll yollarını taparaq razılaşdırıb: «Hazırda ARDNŞ və BOTAŞ-ın ekspertləri saziş sənədlərini hazırlayır. Bura 4-ə yaxın dövlətlərarası saziş daxildir. Aramızdakı anlaşılmazlıqlar aradan qalxıb. Məsələ həm Türkiyənin, həm də Azərbaycanın xeyrinə həll olunub».

Qazın satış qiymətinə gəlincə, R.Abdullayev qiymətlərlə bağlı prinsipal razılaşmanın əldə olduğunu söyləyərək konkret olaraq Azərbaycan qazının Türkiyəyə hansı qiymətə satılacağını açıqlamayıb.

«Biz çalışırıq ki, qazı Türkiyədə olan bazar qiymətinə sataq. Türkiyəyə nə qədər çox qaz satsaq, o qədər yaxşıdır. Türkiyə bazarı böyük bazardır və daim inkişaf edir», - deyə ARDNŞ prezidenti əlavə edib.

Qeyd edək ki, Azərbaycan qazı 2008-ci ilin aprel ayınadək Türkiyəyə 120 ABŞ dolları/1000 kubmetr olmaqla satılıb. Türkiyə tərəfi Azərbaycana 2008-ci ilin aprel ayından sonra satılan qazın qiymətindəki fərqi də ödəyəcəyini açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR